DÜNYA


Hindistanda ötən gün COVID-19 virusuna 379 min yoluxma qeydə alınıb

Hindistanda ötən sutka ərzində COVID-19 infeksiyasına 379 min yoluxma, virus səbəbindən 3645 ölüm qeydə alınıb. Hindistan bununla dünya üzrə COVID-19 virusuna gündəlik yoluxma antirekordunu yeniləyib. Ardıcıl 8 sutkadır ki, yoluxma sayı 300 mindən çoxdur.
AZƏRTAC Hindistanın Federal Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən gün qeydə alınan ölüm sayı pandemiya dövründə Hindistanda gündəlik ən çox ölüm halı olub.