CƏMİYYƏT


Salyan, Neftçala və Sabirabadda kollektor-drenaj şəbəkələri lildən təmizlənir

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aşağı Muğan Meliorativ Sistemlərinin İstismarı İdarəsi Salyan, Neftçala və Sabirabad rayonları ərazisində yerləşən 132500 hektar əkin sahələrinə xidmət edir. Bu əkin sahələrində 3261 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri var. Qrunt sularını kollektor-drenaj şəbəkələri vasitəsilə dənizə ötürmək üçün 25 ədəd meliorativ nasos stansiyası fəaliyyət göstərir.