Dövlət Sərhəd Xidmətinin “Ağgöl” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib
30.04.2021 [13:43]
Xəbərin mətni
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, aprelin 30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Ağgöl” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
Bu münasibətlə təşkil olunmuş təntənəli mərasimdə çıxış edən DSX-nin rəisinin birinci müavini - Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.