CƏMİYYƏT


Sabah Bakıda yağış yağacağı gözlənilir

Mayın 1-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında duman olacaq, mülayim şimal küləyi əsəcək, 7-12 m/s, gecə və səhər arabir 15 m/s-dək güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 18-21, Bakıda gecə 11-13, gündüz 18-20 dərəcə isti olacaq.