SİYASƏT


Azərbaycan Ordusunda Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması  və  Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlərin keçirilməsi davam edir.
Bu münasibətlə “N” hərbi hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə dahi şair və mütəfəkkir Nizami Gəncəviyə həsr edilmiş “Eşqdir mehrabı uca göylərin” adlı ədəbi-musiqili tədbir keçirilib.