SİYASƏT


Azərbaycan ilə Litva arasında beynəlxalq platformalarda əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb

Aprelin 30-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə işgüzar səfərdə olan Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqis ilə görüşüb.Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazirlər arasında təkbətək formatda başlayan görüş daha sonra hər iki tərəfdən nümayəndə heyətlərinin iştirakı ilə geniş formatda davam edib.