İQTİSADİYYAT


Hacıqabulda torpaq məcralı kanalların beton üzlüyə alınması suvarmaya müsbət təsir göstərib

Hacıqabulda suvarma işlərində su itkisinin qarşısının alınması məqsədilə beton kanallar çəkilir. Ötən il beton üzlüyə alınan Qobu-1 kanalının qalan 1.5 km hissəsində də işlərin aparılması nəzərdə tutulur. Bununla da daha 350 hektara yaxın sahədə suvarma işləri yaxşılaşa bilər.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Hacıqabul Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılması üçün cari və əsaslı təmir işləri davam etdirilir. İdarənin baş mühəndisi Elşən Aydınov bildirib ki, əsas məqsəd torpaq məcralı kanalların beton üzlüyə alınması və nov kanalların çəkilməsidir.