Azərbaycan Dövlət İnformasiya Agentliyi

FHN: Xətai rayonun çoxmərtəbəli yaşayış binasında baş verən yanğın söndürülüb

02.05.2021 [13:07]

Xəbərin mətni

Mayın 2-də səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildirilib ki, FHN “112” qaynar telefon xəttinə yanğın barədə daxil olmuş zəng əsasında qısa müddətdə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.