İQTİSADİYYAT


Biləsuvarda Göycə alçası bağı 6 hektara qədər genişləndirilib

Biləsuvarda salınan Göycə alçası bağı bu il 6 hektara qədər genişləndirilib. Bağda müasir suvarma sistemləri tətbiq olunub.AZƏRTAC xəbər verir ki, pambıqçılıq və taxılçılıq üzrə ixtisaslaşmış rayonlardan olan Biləsuvarda artıq məşhur Göycə alçası da yetişdirilir. Mütəxəssislərin ərazidə apardıqları biokimyəvi analizlərin nəticəsinə uyğun olaraq, bağ üçün ötən ildən rayonun Ağayrı kəndində 6 hektardan çox torpaq sahəsi ayrılıb.