Azərbaycan Dövlət İnformasiya Agentliyi

İşğaldan azad edilmiş ərazilərdə vəhşi heyvanlarda quduzluğa qarşı müasir üsullarla peyvəndləmə aparılır

05.05.2021 [14:51]

Xəbərin mətni

İşğaldan azad olunmuş ərazilərdə xüsusi təhlükəli heyvan xəstəliyi sayılan quduzluğa qarşı müasir üsullarla peyvəndləmə tədbirləri həyata keçirilir. Peyvəndləmə prosesində quduzluq əleyhinə vaksin yerləşdirilmiş aldadıcı yemlərdən istifadə olunur.