CƏMİYYƏT


Rusiyalı deputat Dmitri Savelyev Ağdamda erməni vəhşiliklərinin şahidi olub

Mayın 5-də Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Ermənistanın işğalından azad edilmiş Ağdam şəhərində olub. Qonağı Milli Məclisin deputatı Nizami Səfərov müşayiət edib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Dmitri Savelyev əvvəlcə Ağdam Cümə məscidində ermənilərin törətdikləri barbarlıqla tanış olub.