CƏMİYYƏT


Cəlilabadda nübar çiyələk yığımı davam edir

Cəlilabadda hazırda mövsümün nübar çiyələyinin yığımı davam edir. Örtük altında becərilən çiyələyin builki məhsuldarlığı fermerlərin ürəyincədir.
AZƏRTAC xəbər verir ki, çiyələk sahələri bu il Cəlilabadda 500 hektara qədər artırılıb. Yaxşı qazanc götürən fermerlər təsərrüfat sahələrini ilbəil genişləndirirlər. Məhsulu erkən bazara çıxarmaq üçün rayonda 200 hektardan çox örtükaltı çiyələk yetişdirilib. Qış fəslinin şaxtalı, qarlı keçməsi becərmə prosesində müəyyən çətinliklər yaratsa da, İtaliya və İspaniyadan gətirilən soyuğa, xəstəliyə davamlı çiyələk sortlarından hazırda mövsümün ilk nübar çiyələyi yığılır. Ötən illə müqayisədə bu il məhsulun satış qiymətində 1-2 manat enmə müşahidə olunur.