Qəbələdə iki avtomobilin toqquşması nəticəsində üç nəfər həyatını itirib
06.05.2021 [10:26]
Xəbərin mətni
Ağdaş-Zarağan avtomobil yolunda, Qəbələnin Savalan kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, ilkin məlumata görə Qəbələ rayonunun Bum kənd sakini Eyyubov Tərlan Tapdıq oğlunun idarə etdiyi 90-NX-228 dövlət nömrə nişanlı "Mersedes" markalı avtomobil yolda idarəetməni itirərək, qarşıdan gələn Göyçay rayon sakini Yusifov Nəsib Şakir oğlunun idarə etdiyi VAZ 21 07 markalı 23-BX-690 dövlət nömrə nişanlı avtomobillə toqquşub.