SİYASƏT


Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub

Mayın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri çərçivəsində baş tutan görüşdə nazirlər əvvəlcə təkbətək, sonra isə nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə müzakirələr aparıblar.