Bakıda bəzi yerlərdə yağış yağacağı gözlənilir
06.05.2021 [15:16]
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, mayın 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün ikinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 11-13°, gündüz 18-21° isti, Bakıda gecə 11-13°, gündüz 18-20° isti olacaq.