CƏMİYYƏT


Qazaxda yaz mövsümü ilə əlaqədar at bazarı canlanıb

Qazax rayonunda fəaliyyət göstərən at bazarı həftədə bir dəfə təşkil olunur. Atları səhər sübhdən satış üçün gətirirlər. Elə alıcılar da gün çıxar-çıxmaz bazara axın edirlər. İndi yaz fəsli olduğundan atlara da tələbat çoxalıb.
AZƏRTAC xəbər verir ki, bölgədə atlardan əsasən kənd təsərrüfatında, əkin-biçin üçün istifadə edirlər. Düzdür, atları sevdiyi üçün fərdi istifadə üçün alan azarkeşlər də var. Elə bazara sübh tezdən gələn və istədiyi atı tapa bilməyən alıcı, rayonun Orta Salahlı kəndinin sakini Səncər Alimov kimi bir çoxları əkin-biçində işlər çoxaldığı üçün at bazarına üz tuturlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır