CƏMİYYƏT


Gəncədə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nətcəsində qara bazarda qiyməti təxminən 70.000 manat olan, külli miqdarda narkotik maddə heroin və tiryək dövriyyədən çıxarılıb.Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, satış məqsədi ilə qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Elsevər Nəbiyev şəhər ərazisində saxlanılaraq ŞBPİ-yə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir ədəd kağız bükümdə, çəkisi 3 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb.