SİYASƏT


Prezident İlham Əliyevin “BBC News”a müsahibəsini Çinin “Weibo” sosial şəbəkəsində 35 milyondan çox insan izləyib

Prezident İlham Əliyevin Vətən müharibəsi dövründə - ötən il noyabrın 6-da “BBC News”a müsahibəsində səsləndirdiyi fikirlər Çin ictimaiyyətinin çox böyük marağına səbəb olub.AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidentinin media orqanlarının bəzi ölkələrə qarşı saxta və qərəzli məlumatlar yayması barədə sözləri oxşar problemlə üzləşmiş Çində populyar sosial şəbəkələrdə, o cümlədən “Weibo”, “Wechat”, “Bilibili”, “Duoyin”də geniş müzakirə olunur və trendə çevrilib. “Jenmin Jibao”, “China Daily” qəzetləri, Çin Mərkəzi Televiziyası, Çin Beynəlxalq Radiosu, digər nüfuzlu media qurumları, milyonlarla izləyicisi olan bloqqerlər Azərbaycan Prezidentinin “BBC News”a videomüsahibəsinin mövzuya dair hissəsini sosial şəbəkələrdə paylaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır