CƏMİYYƏT


Poltavada Qubadlıda ermənilər tərəfindən qətlə yetirilən Oleq Babakın xatirəsi anılıb

Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Poltava vilayətinin Viktoriya kəndində Sovet İttifaqı Qəhrəmanı Oleq Babakın xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, anım tədbirində Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, diplomatlar, səfirliyin hərbi attaşesi, polkovnik İlqar Ağayev, Oleq Babakın valideynləri, yaxınları, yerli əhali, Poltava Şəhər Administrasiyasının rəsmiləri, eləcə də KİV nümayəndələri iştirak ediblər.