SİYASƏT


Hərbi Liseydə Ümummilli Liderimizin anadan olmasının 98-ci ildönümü qeyd edilib

C.Naxçıvanski adına Hərbi Liseydə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tədbir keçirilib.Əvvəlcə tədbir iştirakçıları Hərbi Liseydəki Heydər Əliyev Muzeyini ziyarət edib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostendlərə və eksponatlara baxıblar.Xalqımızın ümummilli lideri Heydər Əliyevin və torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.