Azərbaycan Ordusunda andiçmə mərasimi keçirilib
10.05.2021 [15:42]
Xəbərin mətni
Müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.