SİYASƏT


Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında ulu öndər Heydər Əliyevə həsr olunan xüsusi veriliş yayımlanıb

Yaponiyanın “Sərhədləri aşanlar 3.0” “YouTube” kanalında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş xüsusi veriliş yayımlanıb.Kanalın prodüseri Kazuyasu İşida, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər və AZƏRTAC-ın bu ölkədəki xüsusi müxbiri Vüqar Ağayev ulu öndər Heydər Əliyevin tarixi xidmətləri barədə yapon tamaşaçılara məlumat veriblər.