Kiyevdə ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
10.05.2021 [16:29]
Xəbərin mətni
Ukraynada ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə Kiyevdə ulu öndərin adını daşıyan parkda yerləşən abidəsinin önündə tədbir keçirilib.AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova, “SOCAR Energy Ukraine” şirkətinin rəhbərliyi, diaspor rəhbərləri və fəalları, diplomatlar iştirak ediblər.Əvvəlcə iştirakçılar Ulu Öndərin Kiyevdəki abidəsinin önünə tər çiçəklər düzüblər, Ümummilli Liderin əziz xatirəsini yad ediblər.