SİYASƏT


Kiyevdə “Heydər Əliyev. Şəxsiyyət və zaman” kitabının Ukrayna dilinə tərcümə olunmuş birinci cildinin təqdimatı keçirilib

Azərbaycanın Ukraynadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə tanınmış yazıçı-publisist, Xalq yazıçısı, Əməkdar jurnalist Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və zaman” ("Гейдар Алиев. Личность и эпоха") üçcildlik roman-tədqiqatının Ukrayna dilində birinci cildinin təqdimatı keçirilib.AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində Ukrayna Ali Radasının deputatları, səfirlər, dövlət qurumlarının rəhbərləri, tanınmış ictimai-siyasi xadimlər, yazıçı və publisistlər, soydaşlarımız, diaspor rəhbərləri, yerli KİV nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır