SİYASƏT


“China Daily”: Heydər Əliyev bütün ömrünü doğma Azərbaycana xidmətə həsr etmiş böyük şəxsiyyətdir

Çində və dünyada milyonlarla oxucusu olan nüfuzlu “China Daily” qəzeti görkəmli dövlət xadimi Heydər Əliyev haqqında məqalə yayıb.
AZƏRTAC-ın Çin Xalq Respublikasındakı xüsusi müxbiri Şahin Cəfərovun müəllifi olduğu məqalədə həyatını doğma Vətəninə xidmətə həsr edən Azərbaycan xalqının Ümummilli Liderinin siyasi fəaliyyətindən, onun həm sovet dövründə, həm də müstəqillik illərində Azərbaycana rəhbərliyi zamanı respublikanın hərtərəfli tərəqqisi istiqamətində gördüyü misilsiz işlərdən söz açılıb. Bildirilib ki, Azərbaycanın 1960-cı illərin sonundan başlanan və XXI əsrə adlayan tarixinin otuz beş illik bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır