SİYASƏT


Sergey Lavrov: Minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələ İrəvanda müzakirə olunub

Biz bütün humanitar məsələlərin, xüsusən də minalanmış ərazilərin xəritələrinin verilməsi ilə bağlı məsələlərin mümkün qədər operativ şəkildə və ilkin şərtlər olmadan həll edilməsinin tərəfdarıyıq.AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov mayın 11-də azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşdən sonra keçirilən mətbuat konfransında Ermənistanın Azərbaycana minalanmış ərazilərin xəritələrini verməkdən imtina etməsi məsələsi ilə bağlı AZƏRTAC-ın müxbirinin sualına cavabında bildirib.