CƏMİYYƏT


Yazda bitən qulançarın bir başqa ləzzəti var

Min bir dərdin dərmanı, dadlı və vitaminli qida kimi istifadə edilən, təbiətdə təbii olaraq bitən bitkilərə xüsusən yazda maraq artır. Əsasən də gözəl dadı ilə seçilən qulançar indi çoxlarının qida rasionunda xüsusi yeri tutur.AZƏRTAC xəbər verir ki, qulançar azyayılmış, qiymətli və çoxillik bitkidir. Zülalla ən çox zəngin olan tərəvəzlərdən sayılır. Qərb bölgəsində indi qulançarın yığım vaxtıdır.