SİYASƏT


Lüksemburqda “Qarabağ” Mədəniyyət Mərkəzinin binası vandalizmə məruz qalıb

Lüksemburqda fəaliyyət göstərən “Qarabağ” Mədəniyyət Mərkəzinin binası vandalizm aktına məruz qalıb.
AZƏRTAC xəbər verir ki, səhər işə gələn “Qarabağ” Mədəniyyət Mərkəzinin nümayəndələri mərkəzin pəncərələrinin sındırıldığını görüblər.
Mərkəzin nümayəndələri dərhal yerli polisə müraciət ediblər. Lüksemburq polisi informasiya mərkəzinə gələrək, vəziyyətlə yaxından tanış olub. Polislər binanın içərisinə düşmüş daşları əl izlərinin müəyyən edilməsi üçün götürüblər. Polis törədilmiş vandalizm aktı ilə bağlı təhqiqata başlayıb.