İQTİSADİYYAT


Bakı Metropoliteni metro stansiyalarında relslərin altına döşənən dəmir-beton blokları özü istehsal edir

Artıq 4 ildir istifadəyə verilən yeni dəmir-beton blokların istehsal sexinin ümumi sahəsi 883 m2-dir. Müasir texnologiyalardan istifadə olunmaqla bir növbə ərzində 80-100 ədəd arası demir-beton yarım şpal hazırlanır. Metropoliten tarixində ilk dəfə yolların üstquruluşunun yeni konstruksiyasının tətbiqinə uyğun sahə yaradılıb və bununla Azərbaycanda ilk ağac yarımşpalları əvəz edən dəmir-beton blok istehsalına başlanılıb. Burada yerli xammaldan istifadə olunmaqla “Made in Azerbaijan” brendinə bir töhfə olan məhsul istehsal olunur.