Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
15.05.2021 [15:53]
Xəbərin mətni
Mayın 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Göytəpə şəhərində yerləşən hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildirilib ki, gənc əsgərlər təntənəli şəkildə hərbi and içdikdən sonra Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrik telefonoqramını çatdırıb.