SİYASƏT


Luici Di Maio: Azərbaycanla İtaliya arasında əlaqələr yüksək səviyyədədir

Milli Məclisin sədri Sahibə Qafarova İtaliyaya rəsmi səfəri çərçivəsində mayın 19-da İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, L.Di Maio Milli Məclisin sədri ilə görüşdən məmnun olduğunu bildirib və Azərbaycanla İtaliya arasında əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayıb. Bu əlaqələrin inkişafında parlament diplomatiyasının rolunu yüksək qiymətləndirən nazir parlamentlərarası dostluq qruplarının fəaliyyətini təqdir edib, parlament nümayəndə heyətlərinin yüksəksəviyyəli qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğulayıb. O, bu əlaqələrin ölkələrimiz arasındakı münasibətlərə müsbət töhfə verdiyini bildirib.