SİYASƏT


Azərbaycan ilə İtaliya arasında strateji əməkdaşlığın daha da inkişafı üçün böyük potensial mövcuddur

Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyəti mayın 19-da Romada “Monteçitorio” sarayında İtaliya-Azərbaycan dostluq qrupunun və İtaliya-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Deputatlar Palatasının sədr müavini Ettore Rosato Azərbaycan nümayəndə heyətini salamlayaraq, İtaliyanın ölkəmizlə münasibətlərin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. O, Vətən müharibəsindən dərhal sonra ölkəmizə səfərini xatırlayaraq təəssüratlarını bölüşüb. Həmçinin ölkələrimizin qanunvericilik orqanları arasında əlaqələrin müsbət dinamika üzrə inkişafından məmnunluğunu ifadə edib.