CƏMİYYƏT


Sabah ölkə ərazisində hava yağmursuz olacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-19°, gündüz 25-30° isti, Bakıda gecə 17-19°, gündüz 27-29° isti olacaq.