Azərbaycanın Baş nazir Əli Əsədov Rusiya Hökumətinin Sədri Mixail Mişustinlə görüşüb
20.05.2021 [17:28]
Xəbərin mətni
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov mayın 20-də Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustinlə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artırılmasına, iqtisadi və mədəni-humanitar sahələrdə əməkdaşlığa dair aktual məsələlər müzakirə olunub. Həmçinin koronavirus infeksiyası ilə birgə mübarizə məsələləri nəzərdən keçirilib.