SİYASƏT


Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 17-də başlayan komanda-qərargah təlimi davam edir.Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, təlimin növbəti mərhələsində qoşunların fəaliyyətləri ilə bağlı verilən tapşırıqlar səhra idarəetmə məntəqələrində xəritələr üzərində işlənilib, qəbul edilmiş qərarlar rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri vasitəsilə praktiki fəaliyyətlərə cəlb olunmuş bölmələrə çatdırılıb.