Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xəzər Siyasət Mərkəzinin nümayəndələri Ağdamda erməni vəhşiliyinin şahidi olublar

22.05.2021 [19:00]

Xəbərin mətni

Mayın 22-də ABŞ-ın Xəzər Siyasət Mərkəzinin nümayəndə heyəti Ermənistanın işğalından azad olunmuş Ağdam şəhərinə səfər edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ağdam şəhər Cümə məscidinə gələn nümayəndə heyəti burada ermənilərin törətdikləri barbarlıqlar haqqında məlumatların və fotoların əks olunduğu stendlərlə tanış olublar.