İQTİSADİYYAT


Ramanada Mərkəzi küçə əsaslı şəkildə təmir olunub

Dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə Bakı şəhəri və onun qəsəbələrini əhatə edən tədbirlər davam etdirilir. Bu çərçivədə 2019 və 2020-ci illər ərzində Sabunçu rayonunun 200 km-dən artıq qəsəbədaxili küçə və yollarının təmiri işləri icra olunub. Cari ildə də rayon ərazisində 3 qəsəbədə ümumi uzunluğu 9 km olan 5 küçənin təmiri nəzərdə tutulur.