Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mühəndis Qoşunları bütün gücü ilə mina və partlamamış döyüş sursatlarının təmizlənməsinə cəlb edilib

25.05.2021 [15:05]

Xəbərin mətni

Azərbaycan Ordusunun Mühəndis Qoşunları hazırda bütün qüvvə və vasitələri ilə işğaldan azad olunmuş ərazilərimizdə mina və partlamamış döyüş sursatlarının təmizləməsi işinə cəlb edilib.AZƏRTAC xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mühəndis Qoşunları İdarəsinin rəisi general-mayor Anar Kərimov mayın 25-də jurnalistlərə açıqlamasında deyib.