İQTİSADİYYAT
Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib
25.05.2021 [15:37]
Xəbərin mətni
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi fermerlərə müraciət edib.
AZƏRTAC xəbər verir ki, müraciətdə yazlıq və çoxillik əkinlər üçün subsidiya almaq istəyən fermerlərə əkin bəyanlarının qəbulu prosesinin mayın 31-də başa çatacağı ilə bağlı xəbərdarlıq olunub.
Əkin bəyanları Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (eagro.az) hər bir fermer üçün açılmış şəxsi kabinetlərdən təqdim edilir.