CƏMİYYƏT


Bərdənin Güloğlular kəndindəki bazarda baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğının baş verməsi barədə məlumat daxil olub.FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yanğının mürəkkəbliyi nəzərə alınaraq əraziyə Bərdə ilə yanaşı, ətraf rayonların da yanğından mühafizə hissələrinin müvafiq qüvvələri cəlb olunub. Həyata keçirilən yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlər sayəsində genişmiqyaslı yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülüb.