Avstriyanın aparıcı beyin mərkəzlərinin rəhbərləri Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri barədə məlumatlandırılıb
26.05.2021 [10:55]
Xəbərin mətni
Mayın 25-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avstriyaya işgüzar səfəri çərçivəsində bu ölkənin aparıcı beyin mərkəzlərinin rəhbərləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, nazir Ceyhun Bayramov görüş iştirakçılarına Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri, Azərbaycana qarşı törədilən hərbi təxribatlar və buna cavab olaraq həyata keçirilən əks-hücum əməliyyatı, 44 günlük Vətən müharibəsi nəticəsində ərazilərimizin işğaldan azad edilməsi, habelə münaqişə sonrası bölgədə yaranan yeni vəziyyət barədə məlumat verib.