Azərbaycan Dövlət İnformasiya Agentliyi

DSX Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilib

26.05.2021 [11:03]

Xəbərin mətni

Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin olunması, sahil mühafizə bölmələrinin texniki təchizatının müasirləşdirilməsi, yeni infrastrukturların yaradılması istiqamətində fəaliyyətləri davam etdirir.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, bu tədbirlər çərçivəsində mayın 25-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Mərkəzi Regional Şöbəsinin yeni inzibati binası istifadəyə verilib.