CƏMİYYƏT


62 kiloqram narkotik dövriyyədən çıxarılıb

Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi, həmçinin, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan, eləcə də, qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslərin aşkar edilərək cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində növbəti genişmiqyaslı əməliyyatlar həyata keçirilib.
Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə həyata keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini Mütəllim Xəlilov saxlanılıb. Onun üzərindən qurudulmuş marixuana, yaşadığı kəndin dağlıq sahəsindən satmaq məqsədi ilə əkib-becərdiyi 94 ədəd çətənə kolu aşkar edilib.