CƏMİYYƏT


Sabah qısamüddətli yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Gün ərzində mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-17°, gündüz 22-27° isti, Bakıda gecə 15-17°, gündüz 24-26° isti olacaq.