İQTİSADİYYAT


BNA: Formula 1 yarışlarının keçirildiyi günlərdə şəhər sakinləri ictimai nəqliyyatdan istifadə etməyə üstünlük versinlər

İctimai nəqliyyat vasitələrinin hərəkət sxemində dəyişiklik edilməsində məqsəd Formula-1 yarışları davam etdiyi müddətdə şəhər əhalisinin ictimai nəqliyyata əlçatanlığını təmin etməkdir. Sürücülərdən xahiş edirik ki, oyunlar davam etdiyi günlərdə zərurət olmadığı müddətdə şəhər mərkəzinə şəxsi avtomobillə gəlməsinlər, ictimai nəqliyyatdan istifadə etməyə üstünlük versinlər. Bu fikirləri Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bu gün keçirilən brifinqdə bildirib.