CƏMİYYƏT


Düşmənə qənim kəsilən və iki medalla təltif edilən şəhid Cavanşir Əzimov

Mülki həyatda hər zaman öz mərdliyi ilə seçilən Cavanşir Əzimov Vətən müharibəsində snayperçi olaraq düşmənə ağır zərbələr vurulmasında iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Polad Həşimovu özünə ideal seçən Cavanşir Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.