Azərbaycan Dövlət İnformasiya Agentliyi

Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirilib

26.05.2021 [18:24]

Xəbərin mətni

Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə növbəti komandir hazırlığı məşğələsi keçirilib.
Komandir hazırlığında bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən məşğələdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları icra edib.
Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib.

BÖLMƏNİN DİGƏR VİDEOLARI