SİYASƏT


Azərbaycan ilə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatı arasında gələcək əməkdaşlıq imkanları müzakirə edilib

Avstriyaya işgüzar səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mayın 26-da Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatı ilə Azərbaycan arasındakı mövcud ümumi əməkdaşlığın səviyyəsindən razılıq bildirilib, gələcək əməkdaşlıq imkanları müzakirə edilib.