CƏMİYYƏT


Qobustanın Sündü kəndinin yolunu şəhidlərimizin fotoları olan lövhələr bəzəyir

Qobustan rayonunun Sündü kəndi İkinci Dünya müharibəsi, Birinci və İkinci Qarabağ müharibələri dövründə, ümumilikdə, 138 şəhid verib. Bu kəndin Birinci və İkinci Qarabağ müharibələrində şəhid olan döyüşçüləri arasında Milli Qəhrəman adına layiq görülən oğullarımız da var.AZƏRTAC xəbər verir ki, sakinlərin təşəbbüsü ilə şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi üçün kənd yolunun kənarında - kəndin girişində lövhələr quraşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır