İDMAN


Xaçmazda 3x3 basketbolu üzrə zona yarışında 10 komanda mübarizə aparır

Xaçmazda yeniyetmə oğlanlar arasında 3x3 basketbolu üzrə Respublika çempionatının zona yarışlarına start verilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən birincilikdə 13-15 yaşlı oğlanlar medallar uğrunda mübarizə aparır. Turnirə Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Sumqayıt, Abşeron, Qubadlı və Qobustanı təmsil edən 10 komanda qatılıb.